DÇ-2022: Yaponiya Kosta-Rikaya uduzdu

İDMAN 27 noy 2022, 15:56
Bu gün Qətərdə keçirilən DÇ-2022-də növbəti oyunlara start verilib.

Apasport.az saytının məlumatına görə, mundialın 8-ci günü E qrupunun matçı ilə başlayıb.

II turun qrupdakı ilk görüşündə Yaponiya ilə Kosta-Rika qarşılaşıb. Dörd gün öncə Almaniya üzərində sensasiyalı qələbə qazanan asiyalılar 1/8 finala bir addım da yaxınlaşmaq üçün autsayderə qalib gəlməli idi. Lakin "gündoğar ölkə" təmsilçisi bunu bacarmayıb. Matçda daha üstün oynamasına baxmayaraq ,Yaponiya minimal hesablı məğlubiyyətə üzülüb - 0:1. 

Qeyd edək ki, E qrupunun digər görüşündə İspaniya ilə Almaniya qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022, qrup mərhələsi
27 noyabr, II tur
E qrupu
14:00. Yaponiya – Kosta-Rika - 0:1
Qol: Keyşer Fuller, 81

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top