Rəhman Hümmətov: "Astara terminalının tam istismara verilməsi üzrə iş aparılır"

İNFRASTRUKTUR 25 noy 2022, 18:27
"Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan-İran sərhədi yaxınlığında, İran dövlətinin ərazisində yerləşən Astara terminallar kompleksinin tam istismara verilməsi üçün işlər aparılır.

Demokrat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı Beynəlxalq Dəniz Ticarət Limanında nüfuzlu beynəlxalq beyin mərkəzlərinin tanınmış professorları, tədqiqatçı və ekspertlərinin iştirakı ilə keçirilən “Orta Dəhliz boyunca, geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda konfransda bildirib.

R.Hümmətov deyib ki, Astara yük terminalı Şimal-Cənub Nəqliyyat Dəhlizinin vacib elementlərindən biridir: "Terminalın yükötürmə həcmi 3 milyon tondur".

Qeyd edək ki, Astara terminalının tikintisi, 13 iyun 2017-ci il tarixində imzalanan ikitərəfli razılaşmaya əsasən, “Azərbaycan Dəmir Yolları” tərəfindən aparılır. Astara terminalı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində reallaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top