Rayonlara sərnişin daşıyanların nəzərinə — VİDEO

SOSİAL 24 noy 2022, 10:24
Paytaxtın ayrı-ayrı yerlərindən pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik avtomobilləri bir mərkəzə toplanacaq. Dayanacaq üçün Bakı Beynəxalq Avtovağzal Kompleksində yer seçilib.

Demokrat.az xəbər verir ki, Bakı Beynəxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərov bildirib ki, 20 Yanvar dairəsi, "Şamaxinka" adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən taksi minik avtomobillərinin vahid mərkəzə cəlb edilməsi nəzərdə tutulub.

Dayanacaq istifadəyə verildikdən sonra avtomobillərin sazlığının yoxlanılması və sürücülərin tibbi müayinədən keçməsi də planlaşdırılır.

Sürücülər isə iddia edirlər ki, hazırda avtovağzal ərazisində dayanacaq sahəsi az olduğuna görə onlar avtomobillərini saxlamaqda çətinlik çəkirlər.

Qeyd edək ki, dayanacağın gələn ayın əvvəlində sürücülərin ixtiyarına verilməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top