“Söhbət ondan getmir ki, ABŞ Azərbaycanı sevir, o, bölgədən Rusiyanı çıxartmaq istəyir” — ŞƏRH

GÜNDƏM 23 noy 2022, 22:58
“ABŞ-ın Qarabağ bölgəsi ilə bağlı mövqeyi o qədər də bizim maraqlarımıza cavab vermir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. 

“Sonuncu dəfə senatda dinləmələr oldu, artıq bununla bağlı mətbuatda geniş şəkildə işıqlanıb. Əgər fikir versəniz Filip Riker cavab olaraq qeyd etdi ki, Gürcüstanın biz ərazi bütövlüyünü tanıyırıq. Azəbaycana gəldikdə isə dedi ki, biz sülh prosesini dəstəkləyirik. Burada böyük fərq var. 

Mən deməzdim ki, ABŞ Qarabağ bölgəsi ilə bağlı fəallığını artırıb. Sadəcə, burada söhbət nədən gedir? ABŞ yaxşı başa düşür ki, bu regionda ən güclü ölkə Azərbaycandır. Eyni zamanda, bunların əsas strateji hədəfi Rusiyanın burada çıxarmaqdır, xüsusilə də, Ukrayna kontekstində.  Ona görə bunlar bilirlər ki, Rusiyanın burada təsir mexanizmi Ermənistan-Azərbaycan münaqişəsidir. 

Düzdür, biz deyirik ki, artıq münaqişə qurtarıb, amma burada görürük ki, Ermənistan da, Rusiya da deyir ki, münaqişə qalıb. Ona görə bütün mübahisəli məsələləri ABŞ həll etmək istəyir. Amma burada söhbət ondan getmir ki, ABŞ Azərbaycanı sevir. Söhbət ondan gedir ki, o bölgədən Rusiyanı çıxartmaq istəyir. Beləliklə, sülh prosesini dəstəkləyən ABŞ çalışır ki, Ermənistan və Azərbaycan arasında bütün məsələlər həll olunsun və burada Rusiyanın təsir mexanizmləri azalsın. Vəziyyət ondan ibarətdir ki, illər boyu münaqişədən istifadə edir. Həm Ermənistanı nəzarət altında saxlamaq istəyir, onsuz da onların for-postudur. Eyni zamanda, bizim regionda məhz məsələni münaqişə vasitəsilə idarə edirlər. Ona görə də, ABŞ buna qarşı çıxış edir. Bu baxımdan istəyir ki, burada sülh prosesi olsun və sülh sazişi imzalansın”.


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top