Ukrayna Prezidenti Volodimr Zelenski Rusiyanın bugünkü hücumuna görə BMT Təhlükəsizlik Şurasının təcili çağırılması təşəbbüsü ilə çıxış edib.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, dövlət başçısı bu barədə Ukraynanın BMT-dəki səfirinə müvafiq sorğu ilə çıxış etməyi tapşırıb.
"Mən Ukraynanın BMT-dəki səfirinə Rusiyanın bugünkü raket hücumlarından sonra BMT Təhlükəsizlik Şurasının iclasının dərhal keçirilməsini tələb etməyi tapşırdım. Mülki əhalinin öldürülməsi, mühüm infrastrukturun məhv edilməsi terrorizmdir. Dünya bu cinayətlərə göz yummamalıdır"
Bildirək ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, noyabrın 23-də günorta saatlarında Rusiya Ukrayna ərazisinə təxminən 70 Kh-101/Kh-555, “Kalibr” qanadlı raketləri atıb. Ukrayna prezidenti rus ordusunun 67 raketdən istifadə etməsi barədə məlumat verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə , paytaxt üzərində 31 Rusiya raketi aşkar edilib , onlardan 22-si müdafiə qüvvələri tərəfindən vurulub.
Leyla
Demokrat.az