Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb

SOSİAL 23 noy 2022, 20:56
Bakının Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb.

Bu barədə  "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, nasos stansiyasında baş vermiş nasazlıqla əlaqədar Yasamal rayonunun Şərifzadə, Zərdabi, A.Abbasov və N.Hikmət küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb. Hazırda qəza-bərpa xidmətinin əməkdaşları nasazlığın aradan qaldırılması üçün ərazidə işləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top