İlon Mask 100 milyard dollar itirən ilk milyarder oldu

DÜNYA 23 noy 2022, 20:00
Milyarder İlon Maskın sərvəti 2022-ci ildə rekord həddə düşərək 169,8 milyard dollar olub.
 
Demokrat.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu, "Bloomberg"in Milyarderlər indeksində indiyə qədər qeydə alınan ən kəskin azalma olub. 
 
Mask 100 milyard dollar itirən ilk şəxs olsa da, o, hələ də 169,8 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamıdır.
 
Qeyd edək ki, azalma "Tesla" şirkətinin artan xammal xərcləri və Maskın sərvətinin əsas hissəsini təşkil edən tədarük zəncirinin pozulması ilə əlaqədardır.

Jalə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top