Hulusi Akar: “S-400 raketdən müdafiə sistemi yerindədir və istifadəyə hazırdır”

REGİON 23 noy 2022, 00:25
Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-dan F-16-ların alınması ilə bağlı son vəziyyəti şərh edib.

“ABŞ-la hərbi nümayəndə heyətləri arasında danışıqlarımız davam edir. Yaxşı nəticələr əldə olunub. F-16-larla bağlı üçü Türkiyədə, biri ABŞ-da olmaqla dörd görüş keçirilib. Bizim digər planlarımız da var”, - deyə nazir bildirib.

O, Rusiyadan alınana S-400 sisteminə də toxunub.

“S-400 raketdən müdafiə sistemi yerindədir və istifadəyə hazırdır. Təhdid olarsa, istifadə edəcəyik”, - o, bəyan edib.
Antiterror əməliyyatları ilə bağlı danışan Akar, “Əməliyyat üçün süni bir səbəbə ehtiyacımız yoxdur. Terrorla mübarizəmiz son terrorçu bitənə qədər davam edəcək”, deyərək vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top