Şeirləri Ermənistanda çap olunan azərbaycanlı yazar danışdı

ƏDƏBİYYAT 22 noy 2022, 20:38
Xəbər verdiyimiz kimi, azərbaycanlı şairlərin şeirləri İrəvanda nəşr olunan antalogiyaya salınıb.

Erməni jurnalist Yuri Manvelyanın təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan antalogiyaya, Azərbaycanın tanınmış şairləri Rasim Qaracanın, Həmid Herisçinin, Aqşin Yeniseyin və Nərmin Kamalın da şeirləri erməni dilinə tərcümə olunaraq daxil edilib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı, publisist Həmid Herisçi bu məsələdən xəbərdar olduğunu deyib:

“Vallah, mənim özümə də bu məsələ təəccüblü gəldi, maraqlıdır. Niyəsə çap ediblər. Ən maraqlısı odur ki, bunu özləri ediblər, öz təşəbbüsləridir. Bilmirəm o şeirləri kim, necə seçib, necə tərcümə edilib, amma hər halda fakt özü maraqlıdır. O siyahıda tək mən deyiləm. Deməli, erməni ədəbiyyatçıları Azərbaycan ədəbiyyatına pənah gətiriblər. Bunu niyə etdikləri mənim özümə də maraqlıdır. Əvvəla araşdırmaq lazımdır ki, o şeirləri necə seçiblər, düzgün tərcümə ediblərmi?  Mənim “Cəlladla üz-üzə” və iki başqa şeirim orada çap olunub. Heç özüm də bilmirəm başqa hansı şeirlərim çap olunub”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top