Ermənistanda deputat mandatından imtina edir

REGİON 22 noy 2022, 15:53
Ermənistan parlamentində “Ermənistan” blokundan olan deputat Aram Vardevanyan mandatından imtina etmək niyyətindədir.

Demokrat.az
erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet ötən həftə bir çox müxalifət deputatlarının parlamentə qayıtdığını, lakin Vardevanyanın Milli Assambleyaya gəlmədiyini qeyd edib. Aram Vardevanyan Robert Köçəryanın vəkili olub. O, müxalifətin parlamentə qayıtmasına qarşı çıxanlardan biridir. Onun kimi Vahe Akopyan və digər fraksiya üzvləri də geri qayıtmağın əleyhinədirlər və keçən həftə parlamentə gəlməyiblər. lakin A. Vardevanyandan fərqli olaraq öz mandatlarından imtina etmək fikrində deyillər.

Xatırladaq ki, bir müddət əvvəl politoloq Artur Kazinyan və Mehri şəhərinin keçmiş meri Mxitar Zakaryan parlamentdə işləməyi məqsədəuyğun hesab etməyərək mandatlarını təhvil vermişdilər./musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top