“Paşinyanın vahid bir fəaliyyət xətti mövcud deyil” — Deputat

REGİON 17 noy 2022, 20:50
“ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı baş nazir Nikol Paşinyana mesajı diqqət çəkdi. Bu ona dəlalət edir ki, artıq hər kəsdə Ermənistanın baş nazirinin qeyri-ciddiliyi haqqında təsəvvürlər mövcuddur. Belə ki, hakimiyyətə gəldiyi 2018-ci ildən hazırki dövrə qədər bir çox məsələlərdə Paşinyanın öz mövqelərində kəskin transformasiyalar etdiyinin şahidi olmuşuq. İndiki məqamda da gah Paşinyan ilin sonuna kimi sülh sazişinin imzalanacağından danışır, gah da sadəcə çərçivə sazişinin imzalanacağını qeyd edir. Təbii ki, bu onu göstərir ki, Paşinyanın vahid bir fəaliyyət xətti mövcud deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini, deputat Elşad Mirbəşiroğlu deyib.  Millət vəkili əlavə edib ki, situativ olaraq bu və ya digər mövqeni sərgiləyir və vəziyyətin inkişaf xarakterinə uyğun olaraq da tez-tez mövqelərini dəyişdirir:

Ümumiyyətlə, Paşinyan hər vasitəylə yekun sülh sazişini imzalamaqdan yayınmaqdadır. Son ana qədər Paşinyan hansısa köməkçi elementlər axtarışında idi. Belə ki, ağır məğlub durumda yekun sülh sazişini imzalamaq Paşinyana baha başa gələcək. Paşinyan çox gözəl anlayır ki, onun bədəli siyasi hakimiyyəti tez bir zamanda itirməkdən ibarət olaacq. Təbii ki, bu bizim qayğımız deyil. İşğalçı dövlət layiq olduğu cəzanı çəkməlidir. Bu baxımdan hesab edirəm ki, Paşinyan bu gün hər şeydən öncə özünün hakimiyyətinin qorunmasına çalışır. Təbii ki, artıq o mövqelərindəki tez-tez dəyişmələr də kənardan müşahidə olunmaqdadır. Hesab edirəm ki, ABŞ dövlət katibi Blinkenin Paşinyanın sülh danışıqlarına sadiq olmasına çağırması əslində onların da bu mövqenin paylaşdığına dəlalət edir ki, Ermənistan sülh sazişini imzlamaqdan yayınmaqdadır. 

Təbii ki, Amerika Birləşmiş Ştatlarının özünün də məsələyə səmimi yanaşacağı təqdirdə  Ermənistanı yekun sülh sazişini imzalamağa məcbur etmək mümkündür. Belə ki, ən böyük erməni lobbisi Amerika Birləşmiş Ştatlarındadır və sonra isə Fransadadır. Təbii ki, ABŞ-ın erməni lobbisinin təsiri altına düşmədən və yaxud da ki, təsirindən uzaqlaşaraq Ermənistana real təzyiqlər edəcəyi təqdirdə yekun sülh sazişi imzalanacaqdır. Yox, bu təzyiqlər olmazsa, Azərbaycan Ermənistanı sülh sazişinin imzalamağa məcbur etməyin yolunu çox yaxşı bilir və artıq bunu Vətən müharibəsi dövründə nümayiş etdirdi”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top