Elmar Vəliyev qayıtdı: Bakıda böyük biznesə başladı

DAXİLİ SİYASƏT 17 noy 2022, 16:29
Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən xəbər var.

Sabiq icra başçısına yaxın mənbələrin Gununsesi.info-ya verdiyi xəbərə görə, Elmar Vəliyev Bakıda tikinti biznesinə başlayıb.

Onun bu iş üçün Türkiyədən gəlmiş iş adamları ilə ortaq razılaşmasının olduğu deyilir.

Vəliyevə yaxın mənbə onu da bildirib ki, sabiq başçının anlaqsız olması barədə cəmiyyətdəki fikir yanlışdır.

“Elmar Vəliyev gününün bir neçə saatını özünə məxsus ofisdə keçirir. Görüşləri olur, biznesini idarə edir” deyə mənbə əlavə edib.

Qeyd edək ki, Elmar Vəliyevin vəkilləri  ona qarşı sui-qəsd cinayətində ittiham olunan Yunis Səfərovun məhkəməsinə sabiq başçının anlaqsız olmasına dair həkim rəyi təqdim etmişdilər.

Həmin rəyi nəzərə alan məhkəmə kollegiyası prosesləri Elmar Vəliyevin iştirakı olmadan aparıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top