“ABŞ-ın Cənubi Qafqazda əsas hədəfi nədir?” — AÇIQLAMA

SİYASƏT 15 noy 2022, 15:18
“ABŞ-ın əsas məqsədi və hədəfi Cənubi Qafqazda sülhün olmasıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Onlar artıq başa düşürlər ki, bu sülhün əsası ölkələrin ərazi bütövlüyüdür və ümumiyyətlə bu prosesi  dəstəkləyirlər. Çox da deməzdim ki, prinsipi dəstəkləyirlər. Təbii ki, burada ikinci hədəf var. Bu hədəfdə Cənubi Qafqazda Rusiyanın təsirini azaltmaqdır. ABŞ anlayır ki, Rusiya Qarabağ münaqişəsini uzadaraq, yaxud da hər hansı bir status məsələsini ortaya salaraq, bu münaqişə ilə bağlı gündəmi saxlamaq istəyir. Ona görə də, ABŞ buna qarşı çıxır. Buna görə də, deməzdim ki, ABŞ Azərbaycanı dəstəkləyir”.

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top