Pentaqon: Rusiyanın Xersondan çıxarılması Ukrayna üçün strateji qələbədir

DÜNYA 15 noy 2022, 14:45
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək rütbəli rəsmisi Rusiyanın Ukraynanın Xerson şəhərindən geri çəkilməsini strateji qələbə kimi qiymətləndirib.

Demokrat.az
xəbər verir ki, adının açıqlanmasını istəməyən yüksək rütbəli Pentaqon rəsmisi Rusiyanın Xerson şəhəri başda olmaqla, Ukraynaya böyük bir ərazi vermək məcburiyyətində olduğunu bildirib. 

Ukrayna ordusunun Xersonda rusların qoyduğu barrikadaları və minaları təmizləməyə və şəhərdə dəyən ziyanı müəyyən etməyə davam etdiyini bildirən səlahiyyətli şəxs qeyd edib. 

Məlumata görə,  su da daxil olmaqla bir çox mülki infrastruktura ciddi ziyan dəyib:  "Şübhə yoxdur ki, bizi hələ çətin döyüş gözləyir, çünki ruslar işğal olunmuş Ukrayna ərazisinin qalan hissəsindən geri çəkilmək niyyətində deyillər. Bununla belə, Xersonun xilas edilməsi mühüm nailiyyətdir və Ukrayna xalqının və ordusunun öz ölkəsini müdafiə etməkdə qətiyyətini və möhkəmliyini nümayiş etdirən nailiyyətdir”.

ABŞ-ın beynəlxalq tərəfdaşları ilə birlikdə Ukrayna ordusuna bacardığı qədər dəstəyini davam etdirəcəyini vurğulayan rəsmi Rusiyanın Xersondan çıxarılmasını “strateji qələbə” və əməliyyat baxımından əhəmiyyətli bir inkişaf kimi qiymətləndirib./ Anadolu ajansı

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top