Xerson və Nikolayevi elektriklə təmin edən obyekt dağıdıldı

DÜNYA 15 noy 2022, 10:01
Xerson vilayətinin sağ sahilini və Nikolayev vilayətinin bir hissəsini elektrik enerjisi ilə təmin edən enerji obyekti dağıdılıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Ukreneqo” milli enerji şirkətinin idarə heyətinin rəhbəri Vladimir Kudritski məlumat verib. 

Kudritski obyektin artıq mövcud olmadığını vurğulayıb. Belə ki, hər birinin çəkisi 250 ton olan iki avtotransformator partladılıb. Rele mühafizə zalı, kompressor və akkumulyator otaqları da dağıdılıb.

Onun sözlərinə görə, Ukrayna qoşunları tərəfindən işğal olunmuş Xerson vilayətinin qonşu rayonlardan enerji təchizatı sxemləri artıq hazırlanır.

Rəsmi Kiyev lazımi avadanlıqların tədarükü üçün də kömək məqsədilə xarici tərəfdaşlara müraciət edib. Artıq Polşa və Fransa öz dəstəklərini verməyə razılaşıblar. /lenta.ru

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top