"Ukrayna Avropa İttifaqından 8 milyard avro hərbi yardım alıb" — Borrel

DÜNYA 14 noy 2022, 22:34
"Ukrayna artıq Avropa İttifaqından və Aİ-yə üzv ölkələrdən ayrıca 8 milyard avro hərbi yardım alıb. Biz Avropa Sülh Fondundan ayrılan 3,1 milyard avronu Avropa İttifaqı və onun üzv dövlətlərinin Ukraynaya  hərbi dəstəyi ilə qarışdırmamalıyıq".

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu fikirləri Cozef Borrell Aİ Şurasının iclasından sonra Aİ-nin xarici dövlətlər səviyyəsində keçirdiyi brifinqdə deyib. 

"Hərbi texnika üçün ən azı 8 milyard avro artıq Avropa İttifaqı və üzv ölkələr tərəfindən Ukraynaya verilib. Bu, ABŞ-ın həyata keçirdiyi səylərin təxminən 45%-ni təşkil edir. Ona görə də buna laqeyd yanaşmaq olmaz.

Qeyd edək ki, oktyabrın 17-də Avropa İttifaqı Ukrayna üçün silahlanmaya 500 milyon avro dəyərində altıncı yardımın  ayrılmasını təsdiqləyib.

Leyla
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top