Dünya Özəl

"Ukrayna Avropa İttifaqından 8 milyard avro hərbi yardım alıb" — Borrel

Ukrayna Avropa İttifaqından 8 milyard avro hərbi yardım alıb — Borrel

"Ukrayna artıq Avropa İttifaqından və Aİ-yə üzv ölkələrdən ayrıca 8 milyard avro hərbi yardım alıb.Biz Avropa Sülh Fondundan ayrılan 3,1 milyard avronu Avropa İttifaqı və onun üzv dövlətlərinin Ukraynaya hərbi dəstəyi ilə qarışdırmamalıyıq".

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu fikirləri CozefBorrell Aİ Şurasının iclasından sonra Aİ-nin xarici dövlətlər səviyyəsində keçirdiyi brifinqdə deyib.

"Hərbi texnika üçün ən azı 8 milyard avro artıq Avropa İttifaqı və üzv ölkələr tərəfindən Ukraynaya verilib. Bu, ABŞ-ın həyata keçirdiyi səylərin təxminən 45%-ni təşkil edir. Ona görə də buna laqeyd yanaşmaq olmaz.

Qeyd edək ki, oktyabrın 17-də Avropa İttifaqıUkrayna üçün silahlanmaya 500 milyon avro dəyərində altıncı yardımın ayrılmasınıtəsdiqləyib.

Leyla Demokrat.az

D
demokrat.az