Siyəzəndə traktorda meyit tapılıb

HADİSƏ 12 noyabr 2022, 20:35
Siyəzən rayonunun Balaca Həmyə kəndində traktorda meyit tapılıb.

"Report"un Şimal bürosu xəbər verir ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəlludlü Mahmudov Faiq Qasım oğlu idarə etdiyi traktorda ölü vəziyyətdə tapılıb.

Onun idarə etdiyi traktorun "Aqroservis" MMC-yə məxsus olduğu bildirilir.

Meyit tapılarkən üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. F.Mahmudovun ölüm səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top