Göyçay sakini özünü güllələyib

HADİSƏ 12 noy 2022, 16:52
Göyçay rayon sakini ehtiyatsızlıqdan tüfənglə özünü yaralayıb.

Oxu.Az-ın məlumatına görə, rayonun Yalman kənd sakini, 1968-ci il təvəllüdlü Seyfəddin Salmanov tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində ayağından xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top