Dünya

Ukraynada sürətlə bahalaşma gedir

Ukraynada sürətlə bahalaşma gedir

Ukraynada qiymətlər ciddi şəkildə artıb.

Demokrat.az UNİAN-a istinadən bildirir ki, Ukraynada ilin əvvəlindən qiymətlər 24,8% artıb .

2022-ci ilin oktyabr ayında baza inflyasiyası əvvəlki təqvim ayı ilə müqayisədə 1,9% olub, ilin əvvəlindən 20,1%-ə yüksəlib.

Dövlət Statistika Komitəsi bildirir ki, il ərzində ən çox ərzaq məhsulları - 36,1 faiz, o cümlədən yumurtanın qiymətləri 81,4 faiz, meyvənin 62,6 faiz, tərəvəzin qiymətləri 78,8 faiz bahalaşıb.

Milli Bank 2022-ci ilin sonuna inflyasiyanın 31% təşkiletdiyini, gələn il isə 20%-ə qədər yavaşlayacağınıproqnozlaşdırır .

Qeyd edək ki, sentyabrın əvvəlində iqtisadiyyat nazirinin birinci müavini Denis Kudin bildirib ki, Ukraynada inflyasiya səviyyəsi ikinci aydır ki, azalır vəbu, biznes və istehlakçılar üçün mühüm müsbət siqnaldır.

Leyla Demokrat.az

D
demokrat.az