Rusiya Ukraynada ələ keçirdiyi NLAW, Javelin və Stingerləri İrana verib

DÜNYA 09 noy 2022, 20:17
Rusiya 140 milyon avro nəğd pulu və Ukraynada qənimət kimi götürülmüş ABŞ və Britaniya silahlarını məxfi şəkildə İrana verib. Əvəzində Ukraynada istifadə üçün onlarla PUA alıb. 

Bu barədə Sky News təhlükəsizlik xidmətindəki mənbələrinə əsasən məlumat yayıb.

Məlumata görə, Rusiya hərbi təyyarəsi pulu və tank əleyhinə olan NLAW, Javelin və Stinger modellərini Tehrana çatdırıb. Bu silahlar Qərbin Ukraynaya hərbi yardımı çərçivəsində verilib. Tehrana reys avqustun 20-də baş tutub.

İran öz növbəsində Rusiyaya 160 BPLA, o cümlədən 100 “Şahid-136” PUA-larını verib. Məlumata görə, Tehran və Moskva arasında daha 200 milyon avroluq PUA partiyası üçün saziş bağlanıb.

Mənbənin fikrincə, bu sursat SEPAH-a verilə bilər. Orada qərb texnologiyaları öyrəniləcək və onların analoji modelləri hazırlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top