ABŞ-dan Rusiya qarşı "ən təhlükəli" silahlar — Ukraynaya yeni yardım

DÜNYA 07 noy 2022, 20:45
Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı gərginliyi artıracaq daha bir addım atılıb. 

Demokrat.az xəbər verir ki, ABŞ müharibədə Ukraynaya növbəti dəstək üçün yeni silahla yardımı edəcək. 

Rusiya mediası rəsmi Vaşinqtonun Ukrayna üçün qəbul etdiyi 400 milyon dollarlıq yeni hərbi yardım paketinin təfərrüatlarını araşdırıb.

Yayılan məlumata görə, ekspertlər yeni paketdə Rusiya üçün ən böyük təhlükə yarada biləcək silahların olacağını bildirib.

“Moskovskiy Komsomolets” qəzetinə müsahibə verən hərbi ekspert Aleksey Leonkov yeni paketdə Rusiya üçün ən böyük təhlükə yarada biləcək silahlara diqqət çəkib. “Arsenal Otachestva” jurnalının baş redaktoru Leonkov bildirib ki, ABŞ Ukraynaya 45 ədəd T-72 tankı göndərməyə hazırlaşır.

Yeni paket çərçivəsində Ukraynaya 250 M1117 zirehli maşının göndəriləcəyini deyən ekspert Kiyev rəhbərliyinin minlərlə "Phoenix Ghost" pilotsuz təyyarəsi və 40 zirehli çay gəmisinə sahib olacağını açıqlayıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top