Zelenski İranı müharibənin uzanmasında günahlandırır

DÜNYA 07 noy 2022, 20:21
Ukrayna prezidenti Volodimir Zelenski İranı Rusiyaya silah verməkdə və bununla da müharibəni uzatmaqda ittiham edib. 

Demokrat.az xəbər verir ki, "Telegram" hesabında videomüraciət paylaşan Ukrayna lideri bildirib ki, Aİ Komissiyasının sədri Ursula fon der Lyayen ilə telefon danışığında birliyin Ukraynaya makromaliyyə dəstəyinin təfərrüatlarını müzakirə ediblər.

İranı Rusiyaya silah verməkdə və bununla da müharibəni uzatmaqda günahlandıran Zelenski Lyayenlə danışıqda bu məsələni də müzakirə etdiklərini qeydbedib. Həmçinin, bu nə də məsələ ilə bağlı dünyanın İrana reaksiya verməli olduğunu vurğulayıb: 

“İranın işğalçıya silah verməsi olmasaydı, biz indi sülhə daha yaxın olardıq”, - deyə Zelenski bildirib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top