Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşdi

İDMAN 07 noy 2022, 15:33
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Demokrat.az
-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda 8 cüt təşkil edib.    

Öz qrupunda qalib olanlar 1/8 finalda ikinci pillə sahiblərini sınağa çəkəcək. İlk oyunlar sonuncuların meydanında baş tutacaq.

Ötən mövsümün finalçıları “Real”la “Liverpul” bu dəfə 1/8 finalda qarşılaşacaq. “Bavariya” isə PSJ ilə qarşılaşacaq.

Eyni ölkə təmsilçiləri və bir qrupdan çıxan komandaların qarşılaşa bilmədiyi mərhələnin matçları 2023-cü ildə təşkil olunacaq. İlk oyunlar fevralın 14-15-də və 21-22-də, cavab görüşləri martın 7-8-də və 14-15-də keçiriləcək.

Çempionlar Liqası
1/8 final
“Leypsiq” (Almaniya) - “Mançester Siti” (İngiltərə)
“Brügge” (Belçika) - “Benfika” (Portuqaliya)
“Liverpul” (İngiltərə) – “Real” (İspaniya)
“Milan” (İtaliya) - “Tottenhem” (İngiltərə)
“Ayntraxt” (Almaniya) - “Napoli” (İtaliya)
“Borussiya” (D, Almaniya) - “Çelsi” (İngiltərə)
“İnter” (İtaliya) - “Porto” (Portuqaliya)
PSJ (Fransa) - “Bavariya” (Almaniya)

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” turnirlə pley-offda vidalaşaraq Avropa Liqasına düşüb. Ağdam klubu mübarizəni Konfrans Liqasında davam etdirir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top