Dövlət Departamentinin rəsmisi: “İran Ukraynadakı müharibə dövründə kamikadze dronlarını Rusiyaya verib”

DÜNYA 06 noy 2022, 22:21
“İran Ukraynadakı müharibə dövründə kamikadze dronlarını Rusiyaya təhvil verib”.

Bunu ABŞ Dövlət Departamentinin rəsmisi, ölkənin İran üzrə xüsusi nümayəndəsi Robert Melli deyib.

“Onlar (İran - red.) təkcə bu yay Rusiyaya onlarla dron göndəriblər. Ukraynanın işğal olunmuş ərazilərində Rusiyaya dronlardan Ukrayna vətəndaşlarına qarşı istifadə etməkdə kömək edən İranın hərbi mütəxəssisləri var” - deyə, o bildirib.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyanı dronlarla təchiz etdiyini etiraf edib, ancaq israr edib ki, transfer Moskvanın Ukraynaya qarşı müharibəsindən öncə baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top