Yevlaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

HADİSƏ 06 noy 2022, 18:17
Yevlax rayonunun Gülövşə kəndində 2 avtomobil toqquşub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21011" markalı avtomobil digər minik avtomobili ilə toqquşub, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü X.Məmmədli və daha bir nəfər xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top