“Adam tanıyıram, ayda 100 min qazanır, dindirəndə deyir ki, vəziyyətim pisdir, onlar axirətdə kor olacaqlar...”

SOSİAL 05 noy 2022, 12:39

“Adam tanıyıram, ayda 100 min qazanır, dindirəndə deyir ki, vəziyyətim pisdir. Adam da var, 300 manat qazanır, deyir, əla yaşayıram. Bu, reallıqdır”.

Demokrat.az
-ın xəbərinə görə, bunu din xadimi Hacı Surxay Məmmədli bildirib.

S.Məmmədli qeyd edib ki, bəzi insanlar milyonlar içində naşükürlük edirlər, “ağlayırlar”: “Uşaq dünyaya gələndə necə ağlayırsa, elə bil, belələrinin də yaddaşında qalıb ki, ağlamaq lazımdır. Beş imarəti var, rahat yaşaya bilmir... İnsan var ki bir otaq evində rahat yatır, kim ona nə edəcək ki... Qiyamət günündə nankor insanlar məşhərə kor gətiriləcək. Çünki onlar bu dünyada özlərini görməzliyə vururlar”. /Pravda.az 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top