Çavuşoğlu: "Taxıl sazişi yenilənməlidir"

REGİON 03 noy 2022, 23:28
Türkiyə taxıl ixracının fasiləsiz şəkildə dava etdirilməsi üşün lazım olan səyləri göstərməyə davam edəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Qara dənizdən taxıl ixracatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi səyləri nəticəsində bərpa olundu, lakin bu sazişin vaxtı 20 gün sonra bitir və bunu yeniləmək lazımdır.
Çavuşoğlu, Ukrayna müharibəsində ölkəsinin mövqeyinin dəyişmədiyini, Ukraynanın ərazi bütövlüyü və suverenliyini güclü şəkildə dəstəklədiklərini bildirib.

“Rusiya nəticədə taxıl sazişinə təkrarən geri döndü. Rusiyanın öz taxılının və gübrəsinin ixrac olunması tələbi var bunu da etmək lazımdır. Amma bu Rusiyanı dəstəkləmək deyil, nəticə etibarı ilə anlaşmanın bir hissəsidir”, - deyə o bildirib.

Çavuşoğlunun sözlərinə görə, terror NATO üçün ən əsas təhdidlərdən biridir, bundan əlavə, Türkiyə hər zaman NATO-nun güclənməsinə töhfə verir. Xüsusən də Ukrayna müharibəsindən sonra alyansın güclənməsi üçün lazım olan addımları dəstəkləyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top