Ərdoğan: “Taxıl dəhliz”inin fəaliyyəti bərpa olunub”

REGİON 02 noyabr 2022, 15:37
"Ukrayna limanlarından humanitar dəhlizlə taxıl ixracı bərpa edilib".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri həmçinin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə “taxıl sazişi”ni müzakirə etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, bu gün Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov vurğulayıb: "Taxıl sazişi”nin icrası davam edir, noyabrın 3-də Ukrayna limanlarını ərzaqla daşıyan 8 gəmi tərk edəcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top