“COVID-19 ” əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI — FOTO

SOSİAL 01 noy 2022, 16:53
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 657 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 153, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 294, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 911 694, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 585, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 910, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 047 nəfər təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top