Azərbaycanda investisiya fondları niyə yaradılmır? — AÇIQLAMA

İQTİSADİ 15 okt 2022, 21:50
“Azərbaycan investisiyanın təşkili ilə bağlı bir neçə mexanizmləri və agentlik var. Əsas məqsəd də investisiyanın təşviq etməkdən ibarətdir. Təbii ki, xüsusən investisiya fondlar formasında vençur və digər kapitalların, fondların yaradılması çox vacibdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, strateji yol xəritəsində də vençur kapitalı daxil olmaqla, bir neçə investisiya fondlarının yaradılması nəzərdə tutulmuşdur. 


“Çox təəssüf ki, hələlik bu istiqamətdə biz həmin fondların yaradılmasını müşahdiə etmirik. Amma nəzərə alsaq ki, qanunvericilik də təşviq edir, bir neçə təşviqedici alətlər də var, düşünürəm ki, bu istiqamətdə sahibkarların daha yaxından təşviq edilməsi, onların vençur kapitalı kimi investisiya fondlarının yaradılmasının təşviqinin gücləndirilməsinə ehtiyac var. Çünki ABŞ daxil olmaqla, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, vençur fondlar və digər investisiya fondları investisiyanın cəlb edilməsi, xüsusən də, onların real sekora yönəldilməsinə müsbət təsir göstərir. Ona görə də, bu istiqamətdə birmənalı şəkildə həm təşviqin, həm maarifləndirmənin genişləndirilməsinə ehtiyac var. Təbii ki, investisiya fondların yaradılması xüsusən qeyri-neft sektoruna investisiyaların daha çox cəlb edilməsinə imkan yarada bilər. Bu yalnız xarici mənbələrdən deyil, həm də daxili mənbələrdən sərmayənin cəlb edilməsi baxımından vacibdir. O baxımdan düşünürəm ki, bu istiqamətdə, xüsusən növbəti dövrdə təşviqedici alətlərdən daha çox istifadə olunması və investisya fondlarının yaradılmasının stimullaşdırılması olduqca vacibdir”.


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top