Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur — SİYAHI

GÜNDƏM 11 may 2025, 22:25
Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur.

Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət intensivliyini artırmaq üçün mərkəzi küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” rejimi tətbiq etməklə yanaşı, yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Hal-hazırda yollardakı vəziyyət:

1. Mikayıl Useynov prospekti, Dövlət Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 may 2025, 13:20
Top