İsmayıllıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

HADİSƏ 11 may 2025, 19:44
İsmayıllıda avtomobil qəzası baş verib.

Hadisə İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində baş verib.

“Range Rover” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə 1988-ci il təvəllüdlü Anar Anar, 1961-ci il təvəllüdlü Ramiz Ömərov və 1963-cü il təvəllüdlü Nailə Ömərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 may 2025, 12:46
Top