Dövlət bankı Azər Türk Bank dayanıqlılığı öz əsas strateji dəyərlərindən biri kimi qəbul edərək ətraf mühitə, sosial məsuliyyətə və korporativ idarəetmə (ESG) prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Bank bu çərçivədə qabaqcıl beynəlxalq maliyyə institutu ilə əməkdaşlıqda 10 milyon ABŞ dolları həcmində dayanıqlı depozit yerləşdirilməsi təşəbbüsünü həyata keçirmişdir.
Bu təşəbbüs Azər Türk Bankın sosial və ekoloji baxımdan əhəmiyyətli layihələrin maliyyələşdirilməsinə dəstək göstərmək və uzunmüddətli təsir yaratmaq məqsədilə atdığı mühüm addımdır. Bankın əsas məqsədi dayanıqlı maliyyə alətləri vasitəsilə iqtisadi inkişafla yanaşı, cəmiyyət və ətraf mühitə töhfə verməkdir.
Azər Türk Bank bu imkanın ölkəmizdə dayanıqlı maliyyə təşəbbüslərinin genişlənməsinə və məsuliyyətli investisiya mühitinin təşviqinə töhfə verəcəyinə əmindir.