Məhkəmədə xaricdə ələ keçirilən terrorçuluqda təqsirləndirilən şəxslərin həbs məsələsinə baxılır

HADİSƏ 12 may 2025, 09:38
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub.
 
Demokrat.az xəbər verir ki, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər.
 
Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir.
 
DTX-nin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 may 2025, 13:20
12 may 2025, 12:46
Top