Kəmaləddin Heydərov rəisi CƏZALANDIRDI

SİYASƏT 12 may 2025, 12:14
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. 

Demokrat.az Qaynarinfo-ya istnadən xəbər verir ki, bununla bağlə nazir general-polkovnik Kəmaləddin Heydərovun əmr imzalayıb. 

Nazirin müvafiq əmri ilə polkovnik-leytenant Aqil Ağayev vəzifəsindən azad olunaraq, paytaxtda yanğın bölmələrinin birinin rəisi təyin olunub.

Kəmaləddin Heydərovun digər əmri ilə Binəqədi Rayon 3-cü yanğından mühafizə bölməsinin rəisi daxili xidmət mayoru Şahmalı Əhmədov Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib. 

Qeyd edək ki, vəzifəsi hissə rəisindən bölmə rəisinə endirilən Aqil Ağayev ötən ilin avqust ayında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunmuşdu. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top