"Jurnalistika ixtisası üçün esse imtahanını lazımsız hesab edirəm. Hesab edirəm ki, bu ixtisas üçün esse yazmaq bu sahəyə marağı olan insanların qabiliyyətini yoxlamaq üçün əsas ola bilməz. Jurnalistika sözün əsl mənasında sosial sahədir. Jurnalistika yalnız yazı yazmaq deyil, fikrin formalaşması, işin texniki vasitələrlə görülməsi bacarığıdır. Biz artıq dünyada olan mexanizmə keçid etməliyik".
Bu sözləri Demokrat.az-a açıqlamasında "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist Vüsalə Mahirqızı deyib.
O bildirib ki, test mexanizmindən imtina etməli, 11-12 illik tam orta təhsilin nəticələri və həmin müddət ərzində şagirdin qabiliyyətləri, universitet üçün yazdığı esse göstəricisi, dil bilikləri total olaraq toplanmalı, mütəxəssislər qəbul rəyi verməlidirlər:
"Jurnalistika üçün xüsusi qabiliyyət imtahanının olmasını əhəmiyyətli hesab etmirəm. Qabiliyyət imtahanı olduqdan sonra daha yaxşı mütəxəssis jurnalistlər yetişdirdiyimizi düşünmürəm. Məsələyə kompleks yanaşmağa ehtiyac var, tək esse yazmaq bunu həll etmir".
Qeyd edək ki, son zamanlar bir sıra mütəxəssislər jurnalistika ixtisası üçün qəbul imtahanının lazımsız olduğunu bildiriblər.
Əfsanə Kamal
Demokrat.az