“Keçən il dizel yanacağının qiymətinin 25% artması, kənd təsərrüfatı məhsullarının maya dəyərinə birbaşa təsir göstərdi. Bu artımın nəticəsi olaraq meyvə-tərəvəz kimi məhsulların qiymətlərində də artım müşahidə olunur”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
O əlavə edib ki, kənd təsərrüfatı sahəsində dizel yanacağı mühüm xərclərdən biridir:
“Əgər bütün sahələrdə qiymət artırsa, kəndli də məhsulunun qiymətini qaldırmalı olur. Qiymət artımının qarşısını almağın əsas yolu bolluq yaratmaqdır. Yəni bazarda daha çox məhsul olmalıdır ki, rəqabət mühiti formalaşsın. Amma hazırda Azərbaycanın istehsal imkanları buna kifayət etmir. Bununla yanaşı, logistika və daşınma xərclərinin artması da ümumi qiymət artımına səbəb olur. Bununla belə, mövsüm amili də nəzərə alınmalıdır. May ayının sonlarından başlayaraq sentyabra qədər bazara daha çox yerli məhsul daxil olur. Bu da bəzi məhsulların qiymətində müvəqqəti ucuzlaşma ilə nəticələnə bilər ki, bu da cəmiyyətin maraqlarına uyğundur”.
Leyla Turan
Demokrat.az