Makronun qatarda gizlətməyə çalışdığı ağ paket nədir?

DÜNYA 11 may 2025, 20:16
Qatarla səyahət edən avropa liderlərinin maraqlı görüntüləri yayılıb.

SAVASHMEDİA.az-ın xəbərinə görə, sözügedən görüntülər Fransa prezidenti Emanuel Makron,  Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tuskun Kiyevə getdikləri zaman çəkilib.

Jurnalistlər liderlərin olduğu kupeyə daxil olanda Makron stolun üstündəki kiçik ağ paketi götürərək gizlətməyə çalışıb. Mertz isə əli ilə qəribə uzunsov əşyanı örtüb. Onların tam olaraq nəyi gizlətdiyi barədə internetdə geniş müzakirələr aparılıb.Rusiya XİN sözçüsü Mariya Zaxarova isə Makronun gizlətməyə çalışdığı paketin narkotik olduğunu iddia edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 may 2025, 12:46
Top