Bu gün “Olimpiakos” - “Qarabağ” matçı var

İDMAN 06 okt 2022, 10:31
Bu gün Avropa Liqasının qrup mərhələsinin III turuna start veriləcək.

Demokrat.az
xəbər verir ki, Azərbycanın avrokuboklarda yeganə təmsilçisi “Qarabağ” da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun komandası Yunanıstanın paytaxtı Afinada “Olimpiakos”la qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Qrupun digər oyununda isə “Frayburq” “Nant”ı qəbul edəcək. 

Avropa Liqası
Qrup mərhələsi, III tur
G qrupu, 6 oktyabr

23:00. “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)
Pirey. "Georgios Karaiskakis" stadionu
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top