Gəncədə arvadını öldürən kişinin istintaqı başa çatdı

KRİMİNAL 05 okt 2022, 14:53
Gəncə şəhərində arvadını qətlə yetirməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Sabir Şabanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Demokrat.az
xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Roman Ələkbərlinin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq. 

Ittihama görə, hadisə bu ilin iyunun 3-də baş verib. Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənova əri Sabir Şabanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. 

Hadisə qısqanclıq zəminində baş verib.

İstintaq orqanı tərəfindən Sabir Şabanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top