"Ümumilikdə, ölkədə tibbi sığorta işləyir, amma görüləcək çox işlər var" — AÇIQLAMA

SOSİAL 04 okt 2022, 22:59
“Ölkəmizdə tibbi sığorta artıq bir neçə ildir tətbiq edilir. İlk öncə pilot layihə formasında başlanıldı, 2020-ci ildən isə artıq bütün ölkə üzrə sığorta tətbiq edilir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında həkim infeksionist Mərdan Əliyev deyib.

Həkimin sözlərinə görə, ölkəmizdə tibbi sığorta özünü doğruldub.

“Amma, əlbəttə ki, nöqsanlar var. Bu sahədə xeyli dərəcədə düzəlmələr müşahidə olunur və ölkənin səhiyyə sistemində də xeyli dərəcədə düzəlmələr olub. İnsanlar xidmətlərdən istifadə edə bilirlər. Hətta, tibbi sığorta ilə bəzi cərrahi əməliyyatlar özəl klinikalara göndərilir, vətəndaşlarımız orada əməliyyat olunurlar. Bugünədək sığorta xətti ilə insan pulsuz olaraq müayinələrədn faydalana bilib. Sığorta tətbiq olunandan sonra bir sıra sahələrdə dəyişiklər var. Bu sahədə biraz irəliləmə var, ancaq proses sürətli getmir. Əvvəlki illərə müqayisədə isə xeyli dərəcədə yaxşılaşma olduğunu görə bilərik. Bura aiddir həkimlərin son vaxtlar maaşının artırılması, özəl tibbi müəssisələrlə müqavilələrin bağlanması, xəstəxanalarda tibbin keyfiyyətinin yaxşılaşdırılması, əvvəlkinə nisbətən keyfiyyətin yaxşılaşması. Ümumi götürdükdə, ölkədə tibbi sığorta işləyir, amma görüləcək çox işlər var. Yəqin ki, gələcəkdə bu get-gedə daha da təkmilləşdiriləcək. Qeyd edim ki, bəzi xəstəxanalarda hələ də neqativ hallar var. İnanıram ki, onlar da yaxın vaxtlarda aradan tam qaldırılacaq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top