“Putinin hakimiyyətdən kənarlaşdırılmasına hazırlıq artıq gedir” — Kəşfiyyat rəhbəri

REGİON 03 okt 2022, 15:40
Hakimiyyətin transferi Rusiyanın xilası ola bilər. Rusiya özünü dalana qısnayıb, amma o, hələ ki, dağılmadan müharibədən çıxa bilər. Bunun üçün müstəsna olaraq, rusiyalı diktator Vladimir Putini hakimiyyətdən kənarlaşdırmaq lazımdır.

Bu fikri Natalya Moseyçuka müsahibəsində Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat Idarəsinin rəhbəri Kirill Budanov səsləndirib («UNİAN»).

"Rusiya məhz indi dayana bilməz, çünki bu, yalnız onun bölünməsini və dağılmasını sürətləndirər. Rusiya özünü dalana qısnayıb, hələ oradan real çıxmaq olar. Bu, onun etirafı olar ki, bütün bunlar səhv nəticəsində baş verib, 1991-ci ilin inzibati sərhədlərinə çıxış və dünya ilə hansısa dialoqun başlanması prosesinin qurulmasını labüddür. Amma bu, avtomatik olaraq, hakimiyyətin transferi deməkdir» - Budanov qeyd edib./azpolitika.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top