Vətən müharibəsi qəhrəmanı Suqovuşanın azad edilməsindən danışdı — VİDEO

HƏRBİ 03 okt 2022, 12:19
Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin işğaldan azad olunmasından iki il ötür.

Baku TV-nin əməkdaşı kəndlərin azad olunmasında iştirak edən hərbçilərlə birlikdə Suqovuşanda olub, burada gedən döyüşlərdən bəhs olunub.

Vətən Müharibəsi Qəhrəmanı Mirdamət Bağıyev qeyd edib ki, düşmənin illərlə mifləşdirdiyi “Ohanyan xətti”ni Ordumuzun kiçik bir hissəsi qısa müddətdə darmadağın edərək irəliləməyi bacardı.

“Talış və Suqovuşan istiqamətində düşmənin artilleriya zərbəsinə baxmayaraq, sürətli şəkildə irəliləyirdik. Çox çətin mərhələ olsa da, tapşırıqları dəqiq yerinə yetirirdik”, - deyə tank komandiri Nəsimi Qafarov bildirib.

Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran Qarabağ rayonlarını əhatə edən 97 min ha məhsuldar torpağın suvarılması Tərtər çayı üzərində qurulan Suqovuşan, Sərsəng su anbarları, sağ və sol magistral kanallar vasitəsilə həyata keçirilirdi. Cəbhəboyu ərazidə yaşayan insanlara zərər vurmaq üçün ermənilər qışda suyu açıb buraxır, yay aylarında isə suyun qarşısını tamamilə kəsirdilər. Məhz Suqovuşanın azad edilməsi ilə bu ekoloji terrorun da qarşısı alınmış oldu.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top