Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq

İDMAN 02 okt 2022, 08:34
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq.

Demokrat.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma keçiriləcək.

"Şamaxı" evdə "Sabah"ı qəbul edəcək. Paytax təmsilçisi 16 xalla üçüncü, bölgə klubu iki xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Komandalar indiyədək çempionatda 14 dəfə üz-üzə gəliblər. Bunların 5-də meydan sahibləri, 4-də qonaqlar 3 xal qazanıb. Topların nisbətində də "Şamaxı" üstündür - 16:14.

Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı kollektivi "Kəpəz"lə üz-üzə gələcək. Hazırda 3 xala malik komandalar 8-9-cu yerləri bölüşdürür. Tərəflər indiyədək Premyer Liqada 20 dəfə qarşılaşıblar. 8 dəfə "gənclik şəhəri" təmsilçisi, 5 dəfə Gəncə klubu qalib gəlib. Topların nisbətində də "Sumqayıt" öndədir - 28:22.

Azərbaycan Premyer Liqası

VIII tur

2 oktyabr (bazar)

15:30. “Şamaxı” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Babək Quliyev
Şamaxı şəhər stadionu

18:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ" səfərdə "Səbail"i 2:1, "Zirə" "Turan Tovuz"u 3:1, "Qarabağ" isə evdə "Neftçi"ni 3:1 hesabı ilə üstələyib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top