"Rəhim ölüb, ey Röya" — FOTO

ŞOU-BİZNES 30 sen 2022, 21:54
Aparıcı Sərxan Kərəmoğlu Xalq Artisti Röya Ayxanın mərhum sənətçi Rəhim Rəhimlinin vəfatıyla bağlı paylaşımına münasibət bildirib.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə Röyanın R.Rəhimlinin ölümü haqda ancaq instaqramın hekayə bölməsində paylaşım etməsini doğru hesab etmədiyini yazıb:

"Səni sevdiyimi bilirsən. Rəhimi sən gǝrǝk hekayə bölümündə yox, əsas səhifəndə paylaşardın. Rəhim Rəhimlini biz sizə görə tanıdıq. Sizin aranızda ola bilsin soyuqluq var idi, amma bütün bunlar ona dəlalət etmir ki, ən əziz günləri unudasınız. Nədənsə ümumilikdə anasından və ailəsindən xəbərsizlər tanınmışların səhifələrində yer alır, amma dostlar yox. Niyə? Səhifəni çoxmu gördün dostuna? Bütün Azərbaycana "Röya, səni sevirəm" deyən Rəhim ölüb ey, Röyam. İncimə məndən, səni sevirəm. Sən şəxsiyyət olmasaydın yazmazdım".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top