Şirkət sahibinin külli miqdarda pulunu ələ keçirən qadının məhkəməsi başladı

KRİMİNAL 28 sen 2022, 17:03
Bakıda dələduzluq etməkdə ittiham olunan "Murov TSK" MMC-nın kadrlar şöbəsinin müdiri işləmiş 1988-ci il təvəllüdlü Nelli Fabricnayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. 
İttihama görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan Zeynalov "Avto Tranasyol" baş direktoru olub, "Murov TSK" MMC yaradıb. Nelli 2018-ci ildə Nelli Fabriçnaya Əfqan Zeyanlovun şirkətinə işə düzəlib.

Qeyd olunub ki, bu şirkət Azərbaycan Dəmir Yolları QSC ilə dəmir yollarının tikintisi üçün  müqavilələr bağlayıb. Həmçinin də şirkət avtomobil yolları tikintisi ilə məşğul olub. Əfqan işlərin görülməsi üçün Nelliyə etibarnamə verib. 

İstintaq sənədlərinə görə, Əfqan Nellinin yaşadığı evlə üzbəüz kirayə ev tutub, pulları Nelligildə saxlayıb. İddia olunur ki, Nelli 300 min dollar bir, 100 min dollar bir, 400 min dollar bir pulu seyfdən götürüb. Ümumilikdə Nelli Əfqanı  423 min dollar pulunu mənimsəyib.

Nelli həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban adlı xanıma kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi Rauf adlı şəxsə verib. O,  xadimə və sevgilisinə ümumilikdə 103 min manat verib. 

İttihama münasibət bildirən Nelli özünü təqsirli bilməyib. O indiki mərhələdə ifadə verməkdən imtina edib. 

Daha sonra ifadə verən Əfqan deyib ki, ikinci qrup əlil olub. Əfqanın sözlərinə görə, Nelli o mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləmək istəyib: "Buna görə də komaya düşmüşdüm. Mən ezamiyyətdə olurdum, ona görə pulları evdə saxlamırdım, seyfi də mən alaraq Nellinin evinə qoymuşdum.Buldozer almaq üçün pul lazım oldu. Dedim ki, 300 min dolları gətirsin, amma Nelli müxtəlif bəhanələrlə yayınmağa başladı".

Zərərçəkmiş qeyd edib kiz  Nelli pulun bir hissəsini xadiməyə verib: "Xadimə 75 min manat mənə  qaytardı. Ümumilikdə dəymiş ziyanın 105 min manatı mənə qaytarıldı. Nelli əvvəlcə xadimənin üstünə böhtan atırdı ki, pulları o oğurlayıb. Gah dedi ki, sevgilisi Rauf oğurlayıb". 

Vəkil daha.sonra deyib ki, Əfqan əvvəllər mənimsəməyə görə məhkum edilib: "O, sənəd saxtakarlığında, ölmüş adamların imzalarını saxtalaşdırmaqla mənimsəmədə ittiham olunub. Bununla da dövlətin böyük məbləğdə pulunu mənimsəyib".

Vəkil deyib ki, Əfqan Zeynalov Nellini aldadaraq onun mənzilinə qeydiyyata düşüb, seyfin açarları özündə olub.
Vəkil Əfqan Zeynalovun Nellini döydüyünü desə də, zərərçəkmiş bunu təkzib edib.

İstintaq orqanı tərəfindən Nelli Fabricnayanın barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top