“İrəvandan Şuşaya içi qoz-fındıq dolu “KamAZ” gəldi” — Erməni analitikdən maraqlı açıqlama

MARAQLI 27 sen 2022, 17:05
O zaman Azərbaycanın hər şeyi var idi, amma Ermənistan demoqrafik, iqtisadi, hərbi problemlər içində yaşayırdı.

Demokrat.az
xəbər verir ki, bunu erməni hərbi analitik Samvel Ohanesyan deyib.

"Bakı öz ordusuna həm yeni silahlar alır, həm də müntəzəm təlimlər keçirirdi. Ermənistanda isə dövlətinə inamı olmayan əsgəri, yanacağı oğurladığı üçün təlimlərdə ona qənaət edən zabitləri, çağırışçılardan pul alıb onları yararsız kimi qeydə alan hərbi komissarlıqları, sistemin öz uşaqlarını müharibədə itirən valideynlərə necə münasibət göstərdiyini gördüyü üçün oğlunu xaricə qaçırmaq istəyən əsgər analarını görürdük.

Mən 44 günlük müharibə dövründə baş vermiş bir maraqlı faktı xatırladım. Şuşa ətrafında döyüşlər gedirdi. Komandirlərdən biri İrəvandan şəhərin müdafiəsini təşkil etmək üçün silah və canlı qüvvə istəmişdi. Bir gün sonra İrəvandan içi qoz-fındıq dolu “KamAZ” gəlir”, - Ohanesyan bildirib.

Erməni analitik Ermənistanın ordunun müasirləşdirilməsi ilə məşğul olmadığını bildirib:

“Bizim hərbi çatışmazlıqlarımız onunla bağlı idi ki, biz formal müttəfiqimizdən, Rusiyadan tam asılı olaraq öz ordumuzun müasirləşdirilməsi ilə o qədər də fəal məşğul olmurduq. Ermənistan silahlı qüvvələri Rusiyanın qırıcıları alıb, amma döyüş sursatları əldə etməyi unudublar. Bakı isə NATO standartlarına uyğun olaraq öz ordusunu modernləşdirib, İsrail və Türkiyə silahlarını, xüsusilə də ölümcül PUA-lar əldə edib.

Ermənilər üçün ən acı hal isə ondan ibarətdir ki, indi 2020-ci ildən sonra da dövlətimizi sağlamlaşdırmaq üçün nə reseptimiz, vəziyyəti düzəltmək üçün şərtlərimiz var". /axar.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top