Taekvondo üzrə yığma komandaya baş məşqçi təyin olundu

İDMAN 26 sen 2022, 15:05
Taekvondo üzrə Azərbaycan millisində baş məşqçi dəyişikliyi olub.

Demokrat.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmələrdən ibarət yığma Rəşad Məmmədova həvalə edilib.

O, bu postda Elnur Amanovu əvəzləyib. Amanov isə fəaliyyətini Reza Mehmandoustun rəhbərlik etdiyi kişilərdən ibarət millinin məşqçilər korpusunda davam etdirəcək. 45 yaşlı mütəxəssis komandada böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Yeniyetmələrdən ibarət yığmada Vurğun Cəfərov əvvəl olduğu kimi, yenə böyük məşqçi kimi çalışacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top