“Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmi artacaq” — Deputat

İQTİSADİYYAT 22 sen 2022, 19:38
"Biz gələn ilin sonunda Ermənistan sərhədinə həm dəmir yolunu, həm avtomobil yolunu gətirəcəyik".

Bu barədə Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişi davam edir. Deputat vurğulayıb ki, həm dəmir yolu xətti, həm də avtomobil yolu Ermənistan sərhəddinə qədər uzanacaq:
“Praktik olaraq sözü gedən dəmir yolu xətti, eləcə də avtomobil yolunun həm də Zəngəzur dəhlizinin elementləri olacağı gözlənilir. Çünki məqsəd ondan ibarətdir ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas bölgəsinin Naxçıvana birləşməsinə, quru nəqliyyat vasitəsinin birləşməsinə mümkün olsun. Həm də təbii ki, bu region üçün vacibdir. Digər tərəfdən də, İran üzərindən nəqliyyat xəttinin çəkilməsi İran və Azərbaycanla əsas hissəsinin Naxçıvanın birləşməsi imkan verəcək ki, sözü gedən dəmir yolu xətti vasitəsilə daha çox yüklərin daşınması mümkün olsun. Region ölkələri bu dəmir yolu xəttinə və bütövlükdə nəqliyyat qovşağından istifadə edə biləcəklər”.

Millət  vəkili əlavə edib ki, Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasında maraqlı tərəfdir:

“Bununla bağlı infrastruktur və digər istiqamətdə dəstəyini nümayiş etdirir. Amma, eyni zamanda təbii ki,  prosesin bütövlükdə Şərqi Zəngəzurda formalaşan nəqliyyat infrastrukturu, eləcə də logistikanın həm də bütövlükdə regionun inkişafına xüsusi töhfəsi olacaq. Region ölkələri bu infrastruktura fayda verəcəklər. Xüsusən də, nəzərə alsaq ki, sözügedən dəmir yolu xətti, eləcə də avtomobil yolu şərq-qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Ona görə də, yalnız region ölkələri deyil, həm də bütövlükdə kifayət qədər böyük coğrafiyanı əhatə edən dövlətlər sözü gedən dəmir yolu xəttindən istifadə edəcəklər ki, bu da Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artmasına gətirib çıxaracaq”.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top